Dünya

İran İsrail parlamentinə və Netanyahunun ofisinə hücum edə bilər

8 Avqust 2024 01:21
Baxış: 1 125
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İran Qüds və Təl-Əvivdə İsrail hökumət binalarına, o cümlədən Baş nazir Benyamin Netanyahunun ofisi və Knesset (parlament) binasına hücum etməyi planlaşdırır.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, potensial hədəflərin siyahısını İslam Respublikası Silahlı Qüvvələrinin "Defapress" portalı dərc edib.

Qeyd olunub ki, Tehran geniş spektrli strateji və həssas hədəflərə hücum edə bilər.

Siyahıya təkcə hərbi obyektlər deyil, bir çox mülki obyektlər də daxildir.

Bundan əlavə, İsrail Müdafiə Nazirliyinə, Aralıq dənizindəki neft və qaz yataqlarına, elektrik stansiyalarına, ölkənin hərbi hava qüvvələri bazasına, üç hava limanına və üç dəniz limanına hücumlar gözlənilir.

Bildirilir ki, hücum yaxın gələcəkdə mütləq baş verəcək.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.