Dünya

Ukraynanın Rusiyaya hücumuna Avropadan reaksiya

8 Avqust 2024 06:12
Baxış: 1 055
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukrayna özünümüdafiə hüququna malikdir və Rusiya ərazisinə zərbələr endirə bilər.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Avropa Komissiyasının xarici siyasət üzrə nümayəndəsi Piter Stano Rusiyanın Kursk vilayətində baş verənləri şərh edərkən deyib.

Stanonun sözlərinə görə, beynəlxalq hüquq Ukraynanın özünü müdafiə etmək, xüsusən də öz ərazisində təcavüzkara zərbə endirmək üçün qanuni hüquqa malik olduğunu təmin edir:

"AB Ukraynanın Rusiyanın təcavüzünə qarşı qanuni özünümüdafiə hüququnu və onun suverenliyini və ərazi bütövlüyünü bərpa etmək səylərini tam dəstəkləməyə davam edir".

Qeyd edək ki, Ukrayna ordusunun Kursk vilayətinin ərazisinə daxil olduğu, bir neçə kəndi nəzarətə götürdüyü və hazırda irəliləməyə davam etdiyi bildirilir.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.