Dünya

İtaliya şirkəti İsrailə uçuşları dayandırdı

2 Avqust 2024 20:41
Baxış: 1 372
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İtaliyanın "ITA Airways" şirkəti Yaxın Şərqdə baş verən hadisələrə görə Təl-Əvivə uçuşları dayandırıb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat verib.

"Bəli, bəzi digər şirkətlər kimi biz də sərnişinlərin və ekipajlarımızın təhlükəsizliyini təmin etmək üçün avqustun 1-dən Təl-Əvivə uçuşları dayandırdıq", - deyə şirkət bildirib.

Qeyd edək ki, daha öncə İtaliya Xarici İşlər Nazirliyi öz vətəndaşlarına İsrailə, eləcə də Livana səfərlərini təxirə salmağı tövsiyə edib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.