Dünya

İsrail Livanı bombaladı

28 İyul 2024 09:19
Baxış: 1 261
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ordunun mətbuat xidməti bildirir ki, İsrail Hərbi Hava Qüvvələri silah anbarlarını və terrorçuların infrastrukturunu məhv etməyə müvəffəq olub.

Milli.Az APA-ya istinadən bildirir ki, İsrail Hərbi Hava Qüvvələri gecə saatlarında Livanda "Hizbullah" hərəkatının hədəflərinə hücum edib.

Bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb. Hərbi Hava Qüvvələrinin həm Livanın mərkəzi bölgələrində, həm də ölkənin cənubunda hədəflərə hücum edildiyi qeyd olunur.

Ordunun mətbuat xidməti xəbər verir ki, zədələnən obyektlər arasında silah anbarları və terrorçuların infrastrukturu var.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.