Dünya

Efiopiyada torpaq sürüşməsi nəticəsində azı 20 nəfər ölüb

22 İyul 2024 20:12
Baxış: 532
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Efiopiyanın cənubunda torpaq sürüşməsi nəticəsində azı 20 nəfər ölüb.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə "Fana Broadcasting Corporate" dövlət radiosu məlumat yayıb.

Məlumata görə, sürüşmə ölkənin cənubundakı Qeze-Qofa bölgəsində baş verib. Rayon rəhbəri Misikir Mitiku bildirib ki, xilasedicilər artıq 20-dən çox meyit aşkarlamağa nail olublar.

Onun sözlərinə görə, sürüşmə bölgəsində xilasetmə işləri davam etdiyi üçün ölənlərin sayı arta bilər.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.