Dünya

NATO hərbi qüvvələri yüksək hazırlıq vəziyyətinə gətirildi

22 İyul 2024 07:35
Baxış: 755
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hazırda 500 mindən çox NATO hərbçisi yüksək hazırlıq vəziyyətindədir.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bunu Şimali Atlantika Alyansının rəsmi nümayəndəsi Farah Dahlallah deyib.

Onun sözlərinə görə, 2014-cü ildən bəri blok ölkələri kollektiv müdafiədə əhəmiyyətli transformasiyaya məruz qalıb. Dahlallah deyib ki, alyans soyuq müharibədən bəri ən əhatəli müdafiə planlarını həyata keçirib.

Bundan əvvəl Avropa İttifaqının (Aİ) Xarici Siyasət və Təhlükəsizlik üzrə Ali Nümayəndəsi Cosep Borrel bildirib ki, Şimali Atlantika Alyansı yeni müdafiə planlarında Avropada 300 minə yaxın hərbi personalın yüksək səviyyədə olması zərurətindən danışıb.

Bir gün əvvəl Kanadanın Baş naziri Castin Trüdo demişdi ki, Kanada NATO qarşısında öhdəlikləri çərçivəsində müdafiə xərclərini 2032-ci ilə qədər 2%-ə qaldıracaq.

Ottavanın bu il müdafiəyə 1,3% xərcləyəcəyinə işarə edən Trudo hökumətin hədəflərə çatmaq üçün hansı tədbirlər görəcəyini açıqlamayıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.