Dünya

Belqorod atəşə tutuldu - 9 nəfər yaralandı

21 İyul 2024 11:45
Baxış: 644
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın Belqorod vilayətinin Şebekino kəndinin atəşə tutulması nəticəsində doqquz nəfər yaralanıb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə regionun qubernatoru Vyaçeslav Qladkov teleqramda bildirib.

"Şebekinoda vəziyyət kəskin ağır olaraq qalır. Son sutkada 9 nəfər zərər çəkib. Bir qadın ağır vəziyyətdə reanimasiyadadır", - vilayətin rəhbəri qeyd edib.

Qladkovun sözlərinə görə, Şebekinoda səkkiz çoxmənzilli evə, 18 fərdi evə, 15 avtomobilə ziyan dəyib.

"Evlərdən biri tamamilə məhv olub, iki avtomobil yanıb", - qubernator vurğulayıb.

Xatırladaq ki, ötən gün Qladkov Şebekinodakı sənaye müəssisəsinin ərazisinə mərmi düşdüyünü bildirmişdi.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.