Dünya

Məşhur "YouTube" blogeri tutuldu

20 İyul 2024 09:18
Baxış: 550
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-də "Squeeze.benz" kimi tanınan məşhur "YouTube" blogeri Antonio Jinestri həbs edilib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə NBC New York telekanalı məlumat yayıb.

19 yaşlı Jinestri bir sıra oğurluqlarda ittiham olunub. Müstəntiqlərin fikrincə, bloger öz ortaqları ilə birlikdə Nyu-Cersi ştatında şəxsi binalara daxil olaraq başqalarının əmlakını oğurlayıb.

Qeyd olunur ki, çoxsaylı oğurluqlar törətməkdə təqsirləndirilən bloger polisləri ələ salaraq küçələrdə yüksək sürətlə maşın sürdüyü videosu sayəsində internetdə məşhurlaşıb. Ginestrinin "YouTube" kanalının 422 min abunəçisi var və onun videolarına bir milyon baxış var.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.