Dünya

Zelenskidən müharibə açıqlaması: "İlin sonunadək..."

19 İyul 2024 17:55
Baxış: 783
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukrayna müharibənin qaynar mərhələsinə son qoya bilər. Bunun 2024-cü ilin sonuna qədər baş verməsi mümkündür.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki,  bu sözləri BBC telekanalına müsahibəsində Ukrayna Prezidenti Volodimir Zelenski deyib. O vurğulayıb: "İnanıram ki, biz bir olsaq və məsələn, sülh sammiti formatına əməl etsək, müharibənin qaynar mərhələsinə son qoymaq mümkündür. Bu ilin sonuna qədər bunu başa çatdırmağa cəhd edə bilərik. Plan hazır olacaq. Əgər bu, müharibənin qaynar mərhələsinin sona çatmasına gətirib çıxararsa, çox düzgün və güclü addım olar".

Zelenski vurğulayıb ki, plan tərəfdaşlarla ortaq olmalıdır, eyni zamanda, bu, onların istəyindən asılıdır ki, müharibə bitdikdə, heç kim bu təşəbbüslə oyun oynamasın. Onun sözlərinə görə, tərəfdaşlar Rusiyaya təzyiq göstərməlidir ki, Moskva masa arxasına oturub müharibəni bitirmək barədə düşünməyə razı olsun.

"Bu, bizim bütün əraziləri güc yolu ilə geriyə qaytarmağımız anlamına gəlmir. Hesab edirəm ki, burada diplomatiyanın gücü kömək edə bilər", -deyə dövlət başçısı bildirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.