Dünya

"Real"ı dəstəkləyən kral ailəsinin qızı "Barselona"nın ulduzu ilə eşq yaşayır

19 İyul 2024 22:30
Baxış: 2 179
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İspaniya millisinin AVRO-2024-dəki qələbəsindən sonra İspaniya kralı Felipe Madriddəki Zarzuela sarayında milli komandanı qəbul edib.

Milli.Az metbuat.az-a istinadən xəbər verir ki, haqqında əvvəllər eşq iddiaları yayılan "Barselona"nın ulduzu Qavi ilə şahzadə Leonorun əl sıxması söz-söhbətləri yenidən gündəmə gətirib. Həmin an şahzadə Leonorun üzündəki təbəssüm diqqət çəkib və ikili arasında sevgi iddiaları yenidən gündəmə gəlib. İspan mətbuatı ölkənin gələcək kraliçası olacağı deyilən 18 yaşlı Leonorla bir yaş böyük Qavinin münasibətdə olduğunu iddia edir.

Qeyd edə ki, kral Felipe ötən il "Barselona" komandasının oyunçuları ilə görüşəndə böyük qızı Leonorun Qaviyə heyran olduğunu demişdi. Bundan sonra onun komanda yoldaşları Qaviyə zarafatla "Balaca Şahzadə" deməyə başlayıblar.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.