Dünya

Konqoda ordu düşərgəsinə hücumda ölənlərin sayı 72 nəfərə çatıb

17 İyul 2024 08:56
Baxış: 426
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İyulun 13-14-də Konqo Demokratik Respublikasının qərbində "Mobondo" yaraqlı qruplaşmasının ordu düşərgəsinə hücumu həlak olanların sayı 72-yə yüksəlib.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə "Associated Press" agentliyi yerli hakimiyyət orqanlarına istinadən xəbər verir.

Hücum nəticəsində ölənlərdən 9-u hərbçidir.

Belə ki, yak xalqından olan Mobondo silahlıları Mai-Ndombe əyalətinin Kvamut bölgəsində kəndlərdən birini mühafizə edən hərbi mövqelərə hücum edib. Ordu düşərgəsinə hücum yak və teke xalqları arasında icmalararası münaqişənin bir hissəsi olaraq baş verib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.