Dünya

Sankt-Peterburqda silahlı qarşıdurma baş verib - YENİLƏNİB

14 İyul 2024 07:48
Baxış: 1 497
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

*****
​07:48

Sankt-Peterburq polisi bildirib ki, onlar Komendantski prospektində atışma ilə müşayət olunan münaqişə barədə məlumatları yoxlayır, hadisə iştirakçıları hadisə yerində olmadığı üçün əməliyyat-axtarış tədbirlərini davam etdirirlər.

APA xəbər verir ki, Daxili İşlər Nazirliyi üç miqrantın hadisədə iştirakını yoxlamaq üçün onların polisə aparıldığı ilə bağlı məlumat yayıb.

İstintaq Komitəsinin məlumatına görə, Sankt-Peterburqda atışma hadisəsi ilə bağlı cinayət işi açılıb

*****
23:43

Sankt-Peterburqda avtomat silahlarla silahlanmış şəxslər arasında silahlı qarşıdurma baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, şəhərin Komendantski prospektində silahlı şəxslər arasında atışma və qışqırıq səsləri eşidilib.

Sakinlərin dediklərinə görə qara paltarlı və kamuflyajlı, tapança və avtomat silahlarla silahlanmış şəxslər bir-birlərinə, eləcə də havaya atəş açıb, sonra qaçıblar.

Hadisənin təfərrüatları ilə bağlı məlumat verilməyib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.