Dünya

Qalib gəlsəm, Rusiya ilə bağlı ilk qadağa... - Le Pen

6 İyul 2024 08:54
Baxış: 1 710
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əgər Emmanuel Makron Ukraynaya qoşun yeritmək istəsə və baş nazir buna qarşıdırsa, o zaman Ukraynada qoşun olmayacaq. Son sözü baş nazir deyir.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Fransanın Milli Birlik Partiyasının sədri Marin Le Pen bazar günü keçiriləcək parlament seçkilərinin ikinci turunda qalib gələcəyi təqdirdə atacağı addımlar haqda danışarkən deyib.

Le Pen həmçinin əmin edib ki, o, Kiyevə Fransanın verdiyi raketlərlə Rusiya ərazisini vurmaq icazəsini dərhal ləğv edəcək.

Onun sözlərinə görə, Ukrayna üçün yeganə "qırmızı xətt" Rusiya ərazisindəki hədəflərə qarşı Fransanın uzaqmənzilli raketlərindən istifadə etməklə Fransanı münaqişənin ortağına çevirməkdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.