Dünya

Astanada Şanxay Əməkdaşlıq Təşkilatının sammiti başlayıb

4 İyul 2024 10:24
Baxış: 486
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qazaxıstanın sədrliyi ilə Astanada Müstəqillik Sarayında Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti işə başlayıb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan mətbuatı məlumat yayıb.

Təşkilatın forumu ilk dəfə olaraq ŞƏT-ə üzv dövlətlərin rəhbərləri Şurasının iclası və "ŞƏT Plus" iclası formatında keçiriləcək.

ŞƏT Dövlət Başçıları Şurasının iclası zamanı Astana Bəyannaməsi, 20 qərar, dövlət başçılarının 3 bəyanatı, o cümlədən "Ədalətli sülh, harmoniya və inkişaf naminə dünya birliyi haqqında", "ŞƏT-in təkmilləşdirilməsi haqqında" təşəbbüs qəbul ediləcək.

Tədbirdə Qazaxıstan, Hindistan, İran, Çin, Qırğızıstan, Pakistan, Rusiya, Tacikistan, Özbəkistan, Belarus, Monqolustan, Azərbaycan, Qətər, BƏƏ, Türkiyə və Türkmənistanın dövlət və hökumət başçıları, həmçinin ŞƏT katibi iştirak edir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.