Dünya

CNN: İsrail və HƏMAS atəşkəs razılaşmasına yaxındır

4 İyul 2024 10:19
Baxış: 623
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İsrail və radikal Fələstinin HƏMAS hərəkatı, ehtimal ki, Qəzza zolağında atəşkəs razılaşmasına yaxınlaşıblar.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə CNN telekanalı İsraildəki mənbəyinə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, İsrail və HƏMAS görünür, "çərçivə sazişi bağlamaq ərəfəsindədir". Mənbə qeyd edib ki, yəhudi dövlətində HƏMAS-ın son cavabının tərəflərə razılığa gəlmək üçün "ətraflı danışıqlara" başlamağa imkan verəcəyini güman edirlər.

Bununla birlikdə, CNN müqavilənin taleyinin hələ həll olunmadığını vurğulayıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.