Dünya

Kuleba Katsla Yaxın Şərqdəki vəziyyətdən danışdı

4 İyul 2024 09:11
Baxış: 306
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İsrailin Xarici İşlər Naziri İsrael Katsla ukraynalı həmkarı Dmitro Kuleba arasında telefon danışığı olub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə İsrailin Ukraynadakı səfiri Mixail Brodski teleqramda kanalında məlumat yayıb.

Qeyd olunub ki, diplomatlar Yaxın Şərqdəki vəziyyəti və ikitərəfli əməkdaşlığı müzakirə ediblər.

"İsrail və Ukrayna xarici işlər nazirləri arasında telefon danışığı baş tutub. Ukrayna və Yaxın Şərqdəki müharibə, eləcə də İran təhlükəsinə qarşı mübarizədə iki ölkə arasında əməkdaşlıq diqqət mərkəzində olub", - paylaşımda deyilir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.