Dünya

Rusiya, Çin və Qazaxıstan vahid rəqəmsal dəhliz yaradacaq

3 İyul 2024 12:39
Baxış: 485
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Astanada Çin-Qazaxıstan-Rusiya marşrutu üzrə "vahid rəqəmsal dəhliz"in yaradılmasına dair üçtərəfli saziş imzalanıb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Milli Rifah Fondu olan "Samruk-Kazına" məlumat yayıb.

Məlumata görə, sənəd "Slavtrans-Servis", "Xi'an Free Trade Port Construction and Operation Co." və "KTZ Express" şirkəti arasında imzalanıb.

Sazişin imzalanması Qazaxıstan-Çin İşgüzar Şurasının iclası çərçivəsində Astanada baş tutub. Ümumilikdə, tədbir nəticəsində 3,7 milyard dollardan artıq dəyəri olan 40-dan çox sənəd imzalanıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.