Dünya

Satılan hər üç avtomobildən biri Çin istehsalı olacaq

3 İyul 2024 12:02
Baxış: 725
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ və Avropa İttifaqının (Aİ) əlavə vergi tədbirləri, sanksiyalarına Çin istehsalçıları sürətli artımını davam etdirəcəklər.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, Çin 2030-cu illərdən etibarən ildə 9 milyon avtomobil ixrac edəcək.

Çində elektrik avtomobillərinin istehsal xərcləri Avropadakından üç dəfə azdır. Klassik brendlər yeni bir model hazırlamaq üçün təxminən 40 ay vaxt sərf etdiyi halda, Çində bu müddət 20 aya yaxındır.

Çinli avtomobil istehsalçılarının "aqressiv qiymət siyasəti" ilə bazar paylarını artırdıqları da qeyd edilir. Bu vəziyyət böyük avtomobil istehsal edən ölkələrdə narahatlıq doğurur. Qərb ölkələri deyirlər ki, Çin öz istehsalçılarını subsidiyalarla dəstəkləyir, bu isə azad bazar mühitini pozur və haqsız rəqabət yaradır.

Bu yaxınlarda ABŞ və Türkiyə Çindən idxal edilən avtomobillərə əlavə vergilər tətbiq ediblər. Avropa İttifaqı oxşar addım atacağını açıqlasa da, hazırda Brüssel-Pekin xətti üzrə danışıqlar davam etdirilir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.