Dünya

Şimali Koreya yeni taktiki ballistik raketi sınaqdan keçirib

2 İyul 2024 08:31
Baxış: 392
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şimali Koreya yeni taktiki ballistik raketi sınaqdan keçirib.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.

4,5 tonluq, böyük döyüş başlığı daşıya bilən yeni taktiki ballistik raket "Hwasongpo-11" adlanır.

Raketin sınaq buraxılışı maksimum 500 km və minimum 90 km məsafədə həyata keçirilib.

Bundan əlavə, agentlik iyul ayı ərzində raketin buraxılış sınaqlarını davam etdirəcəyini bildirib.

Koreya Respublikası Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsi iyulun 1-də KXDR-in Yapon dənizinə doğru iki ballistik raket atdığını açıqlayıb.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.