Dünya

Putinin planı baş tutsa, Ukrayna sağ qala bilməyəcək - Şolts

26 İyun 2024 19:55
Baxış: 760
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya Prezidenti Vladimir Putinin, xüsusən də Ukraynanın dörd regionunun təhvil verilməsini nəzərdə tutan "sülh planı" həyata keçirilsə, Ukrayna sağ qala bilməyəcək.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts Bundestaqda çıxışı zamanı deyib.

Şoltsun sözlərinə görə, Putin müharibə və yenidən silahlanmaya arxalanmaqda davam edir:

"Bu, ən aydın şəkildə onun guya atəşkəs təklifində əks olunub. Onun tərkibində nə olduğuna baxmağa dəyər. Təkcə atəşi dayandırmaq deyil, həm də işğal olunmamış ərazilərdən də imtina etmək. Ukraynadan həmçinin demilitarizasiya və gələcək hərbi yardımdan imtina etmək tələb olunur. Ukraynanın bundan sağ çıxacağına və Avropada davamlı sülhün bərqərar olacağına inanan hər kəs həddən artıq "Raşn Tudey"ə baxır".

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.