Dünya

Bu ölkədə övladlarını "Quran məktəbləri"nə göndərən valideynlər cəzalandırılacaqlar

25 İyun 2024 09:51
Baxış: 1 564
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Norveç övladlarını xaricdəki dini məktəblərə göndərən valideynlər üçün cəzalar nəzərdə tutan qanunvericiliyə dəyişikliklər hazırlayır.

Milli.Az oxu.az-a istinadən bildirir ki, xüsusi hüquq komitəsi üç il ərzində immiqrant ailələrdən olan uşaq və gəncləri "öz valideynlərindən daha yaxşı qorumaq üçün" qanunvericiliyin dəyişdirilməsinin lazım olub-olmadığını araşdırıb.

Əmək və İnteqrasiya Nazirliyinə araşdırmaların nəticələri və təklifləri özündə əks etdirən 500 səhifəlik hesabat təqdim edilib.

Nazir Tonje Brenna qeyd edib ki, təkliflər "son dərəcə əhəmiyyətlidir" və gecikmədən onlara əməl edilməlidir.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.