Dünya

Moskvanın elmi-tədqiqat institutu yanır: 9 nəfər öldü - VİDEO

24 İyun 2024 19:21
Baxış: 977
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Elmi-tədqiqat institutundakı yanğın nəticəsində 9 nəfər ölüb.

Qeyd olunub ki, helikopterlə binanın üzərindən yanğını söndürmək üçün su səpilir.

*********

Moskva vilayətinin Fryazino şəhərində Platan Elmi-Tədqiqat İnstitutunda yanğın baş verib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Məlumata görə, yanğının baş verdiyi binada 9 nəfər var.

Yanğın binanın 3 mərtəbəsini bürüyüb.

Teleqram kanallarının yaydığı məlumata görə, binada partlayış baş verib.

İnstitunun nəzdində fəaliyyət göstərən "Nİİ Platan" zavodu Rusiyada elektron şüa cihazları və yarımkeçirici lazerlər, həmçinin maye kristal ekranlar hazırlayır.

Yanğının hansı səbəbdən baş verdiyi barədə rəsmi açıqlama verilməyib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.