Dünya

Minnixanov Türkiyədən danışdı: Əsl dostdur…

23 İyun 2024 15:17
Baxış: 742
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyə Tatarıstan üçün strateji tərəfdaşdır.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bunu Tatarıstan rəhbəri Rüstəm Minnixanov "CNN Türk"ə müsahibəsində deyib.

Liderlərimiz Vladimir Putinlə Rəcəb Tayyib Ərdoğan strateji tərəfdaşlardır. Hər iki ölkənin öz maraqları var, amma əsas məsələlərdə fikirlərimiz sülh, yaradıcılıqdır", - Minnixanov bildirib.

Minnixanov Türkiyə ilə Tatarıstan arasındakı münasibətlərin güclü və strateji tərəfdaşlıq çərçivəsində olduğunu deyib:

"Çətin günlərdə kimin əsl dost olduğunu anlamaq olar. Türkiyə ölkəmizin əsl və strateji tərəfdaşıdır".

Minnixanov Türkiyə ilə Tatarıstan arasındakı ticarət həcminin 2.9 milyard dollara çatdığını deyib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.