Dünya

Kobaxidze: Almaniya kimi Gürcüstan da birləşəcək

22 İyun 2024 20:29
Baxış: 699
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Almaniya birləşdiyi kimi Gürcüstan da birləşəcək.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bunu Gürcüstan Baş naziri İrakli Kobaxidze Berlinə səfəri zamanı deyib.

"Almaniya ölkənizi səbirlə necə inkişaf etdirə biləcəyinizin simvoludur. Almaniya onilliklər boyu səbirlə birləşməyi, inteqrasiyanı gözlədi və nəhayət, 1989-cu ildə almanlar arzularını reallaşdırdılar. Bizim də strateji səbir siyasətimiz var. Əminik ki, siyasətimizin köməyi ilə sonda Gürcüstanın, eləcə də gürcülərin arzusunu reallaşdırmaq mümkün olacaq və Gürcüstan vahid, bütöv dövlətə çevriləcək", - o bildirib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.