Dünya

Venesuela prezidenti ölkədə yeni çevriliş barədə xəbərdarlıq etdi

22 İyun 2024 11:58
Baxış: 512
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Venesuela Prezidenti Nikolas Maduro ölkə parlamentindəki ifrat sağ müxalifətin yeni bir dövlət çevrilişinə hazırlaşdığını bəyan edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, o, Monagas ştatındakı tərəfdarları ilə görüşü zamanı hökumət və müxalifətin sülh naminə tarixi bir razılaşmaya nail olduqlarını və demək olar ki, bütün müxalifət liderlərinin bu razılaşmanı imzaladıqlarını vurğulayıb:

"Yalnız oliqarxiyanın iki marioneti imzalamadı. Sizcə niyə onlar seçki komissiyasının qərarlarına və nəticələrinə hörmət etmək barədə razılaşmanı imzalamadılar? Çünki onlar saxtakarlıq barədə bəyanat verməyi planlaşdırırlar. Çünki zorakılıq və dövlət çevrilişi törətmək niyyətindədirlər".

Venesuela liderinə görə, ölkənin sağ müxalifətinin namizədləri Edmundo Qonsales və Enrike Markes, qarşıdan gələn seçkilərdə vahid namizəd onları qane etməyəcəyi təqdirdə iğtişaşlar təşkil etməyə hazırlaşırlar.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.