Dünya

Maskın peykləri ozon qatını zədələyəcək – Xəbərdarlıq

19 İyun 2024 18:57
Baxış: 813
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Starlink" və onun kimi peyklər Yerin qoruyucu ozon təbəqəsini zədələyə bilər.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə ABŞ-ın Cənubi Kaliforniya Unibersitetinin araşdırmasında qeyd olunub.

"Missiyasının sonunda peyklər orbitdən çıxaraq atmosferin yuxarı qatında yanır. Kiçik bir peyk yandıqda təxminən 30 kq alüminium oksidi əmələ gəlir. Təkcə 2022-ci ildə peyk yanmaları təxminən 17 ton kiçik alüminium oksidi hissəcikləri yaradıb", - araşdırmada bildirilib.

Məlumata görə, "Speys X" artıq 6000-dən çox peyk buraxıb və onların sayı artmaqda davam edir.

Qeyd edək ki, alüminium oksidləri ozon təbəqəsini məhv edir. Tədqiqatçılar xəbərdarlıq edirlər ki, onlar atmosferdə qala və onilliklər ərzində ozon təbəqəsini məhv edə bilər.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.