Dünya

Lavrovun müavini: Qərb Ermənistandan bu ölkələrə qarşı hibrid müharibə aləti kimi istifadə edir

18 İyun 2024 14:53
Baxış: 549
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Vaşinqton və Brüssel postsovet ölkələrinə böyük təzyiq göstərir, onların Rusiya ilə qarşılıqlı əlaqələrini məhdudlaşdırmağa çalışır.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu "Komsomolskaya Pravda" qəzetinə müsahibəsində Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.

Onun sözlərinə görə, buna ən yaxşı nümunə Ukraynadır.

Qaluzin Ermənistanla münasibətlərə də toxunub:

"Biz Ermənistanla əlaqələri səmimiyyətlə qiymətləndiririk, onları qarşılıqlı hörmət və qarşılıqlı faydalı şəkildə qurmağa çalışırıq", - deyə rusiyalı diplomat bildirib.

O hesab edir ki, Qərb əksinə, "Ermənistandan Rusiya və Cənubi Qafqaz ölkələrinə qarşı hibrid müharibə aləti kimi istifadə etməyə" çalışır.

Rusiya xarici işlər nazirinin müavini KTMT haqqında da danışıb və qeyd edib ki, Ermənistanın təhlükəsizliyini təmin etmək üçün başqa effektiv alternativ mexanizm yoxdur.

"İrəvanın KTMT-nin işində tam şəkildə iştirakı erməni xalqının istəklərinə uyğundur və Cənubi Qafqazda sülhün və sabitliyin qorunması işinə xidmət edir", - deyə rusiyalı diplomat qeyd edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.