Dünya

Putin: ABŞ dünyada müstəmləkə diktaturası nizamı tətbiq etmək istəyir

18 İyun 2024 08:06
Baxış: 344
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ dünyada ikili standartlara əsaslanan qlobal neokolonial diktaturadan başqa bir şey olmayan nizam tətbiq etmək üçün mübarizə aparır.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu açıqlama ilə Rusiya Prezidenti Vladimir Putin Şimali Koreyanın dövlət qəzeti "Nodon şinmun" üçün məqalədə çıxış edib.

Putin həmçinin bildirib ki, ABŞ-nin yanaşması ilə razılaşmayan ölkələr sərt xarici təzyiqlərlə üzləşirlər. Onun fikrincə, müstəqil siyasət aparan, Amerika yanaşması ilə razılaşmayan ölkələr getdikcə daha sərt xarici təzyiqlərlə qarşılaşırlar.

Prezidentin sözlərinə görə, KXDR uzun illərdir ABŞ-nin iqtisadi təzyiqlərinə, təxribatlarına, şantajlarına və hərbi təhdidlərinə baxmayaraq, öz maraqlarını effektiv şəkildə müdafiə edir.

"Sevindirici haldır ki, koreyalı dostlarımız ABŞ-nin uzun illər iqtisadi təzyiqlərinə, təxribatlarına, şantajlarına və hərbi təhdidlərinə baxmayaraq, öz maraqlarını eyni dərəcədə effektiv şəkildə müdafiə edirlər", - Rusiya lideri bildirib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.