Dünya

Məkkədə 6 zəvvar istidən öldü

16 İyun 2024 17:42
Baxış: 613
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Məkkədə Həcc ziyarəti zamanı 6 zəvvar istidən ölüb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə İordaniyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, ölənlərin hamısı İordaniya vətəndaşıdır, hazırda nazirlik onların nəşilərinin vətənlərinə qaytarılması üçün Səudiyyə Ərəbistanının səlahiyyətli orqanları ilə danışıqlar aparılır.

Səudiyyə Ərəbistanı Baş Statistika İdarəsinin məlumatına görə, bu il həcc ziyarətində 1,8 milyondan çox insan iştirak edəcək.

Səudiyyə rəsmiləri daha əvvəl xəbərdarlıq ediblər ki, builki rituallar zamanı temperatur 48 dərəcə istiyə çata bilər.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.