Dünya

Mikael Forrest: Yeni Kaledoniya Fransaya görə böhran yaşayır

13 İyun 2024 18:51
Baxış: 448
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yeni Kaledoniya siyasi səviyyədə çox kritik bir dövr yaşayır, çünki Fransa ölkəni remilitarizasiya edir və bu da psixoloji və sosial aspektlərdə cəmiyyətimizə mənfi təsir göstərir.

Milli.Az report-a istinadən xəbər verir ki, bunu Yeni Kaledoniyanın xarici işlər naziri Mikael Forrest "Dekolonizasiya, beynəlxalq diplomatiya və müasir dünyada kommunikasiyanın rolu" mövzusunda dəyirmi masa müzakirələrində və mətbuat konfransında deyib.

"Bizim üçün, yəni kiçik, müstəmləkə keçmişi olan xalqlar üçün özümüz haqqında danışa bilmək, kim olduğumuzu, vəziyyətimizin necə olduğunu söyləmək həmişə vacibdir. Ümumiyyətlə, Yeni Koledoniya Fransanın müstəmləkəyə çevirdiyi ərazidir", - o bildirib.

M.Forrest vurğulayıb ki, kanak xalqı müqəddəratını təyin etmək hüququna hörmət tələb edir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.