Dünya

Kəbəyə gedən taksilərdə qiymət 20 dəfəyədək artdı

13 İyun 2024 18:14
Baxış: 713
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Həcc ziyarəti üçün müqəddəs torpaqlarda olan yüzminlərlə müsəlman Kəbədəki yolda yaranan qarışıqlıqdan və taksi qiymətlərinin artmasından əziyyət çəkir.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, tərviyə gününə üç gün qalmış servis xidməti ləğv edildikdən sonra Məkkə şəhərində (Səudiyyə Ərəbistanı) taksi və mikroavtobusların qiymətləri 3-20 dəfə artıb. Kəbədən 3-5 kilometr aralıda yerləşən Əziziyyə bölgəsinə piyada gedən zəvvarlar yorğun halda qayıdarkən nəqliyyat vasitəsinə minmək istəyəndə 100 rial (təxminən 45 manat) kimi astronomik qiymətlərlə üzləşirlər. Çarəsizlik və yorğunluqdan zəvvarlar, xüsusən də yaşı 60-dan yuxarı olanlar taksidən istifadə etmək məcburiyyətində qalırlar.

Zəvvarların əksəriyyəti tunellərdən keçərək hotellərinə qayıtsalar da, yolun bir hissəsini mikroavtobus və ya əlil arabasında 100 riala qət etməli olurlar.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.