Türkiyə prezidentinin xarici siyasət və təhlükəsizlik üzrə baş müşaviri Akif Çağatay Kılıç və ABŞ-ın milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan arasında telefon danışığı baş tutub.
Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb
Söhbət zamanı Türkiyə-Amerika münasibətləri, İsrailin Qəzza zolağında davam edən hücumları, Ukraynadakı vəziyyət və regional məsələlər müzakirə edilib.
Bundan əlavə, Kılıç və Sallivan terrorizmlə, xüsusilə PKK, FETÖ təşkilatı və İŞİD-ə qarşı mübarizədə əməkdaşlıq barədə fikir mübadiləsi aparıblar.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun