Dünya

Borrelldən Ukraynanın Rusiyaya zərbə endirmək hüququna reaksiya

28 May 2024 20:00
Baxış: 953
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müharibə qanunlarına görə Ukraynanın Rusiya ərazisinə zərbə endirmək hüququ var.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrell Aİ-yə üzv dövlətlərin müdafiə nazirlərinin görüşündə bildirib.

O deyib ki, bu yolda tərəfdaşların rəsmi Kiyevə verdiyi silahlar işə salına bilər.

Borrelin sözlərinə görə, Ukrayna tərəfi indiki halda özünümüdafiə hüququdan istifadə edir.

Niderland və Estoniyanın müdafiə nazirləri Kaysa Ollonqren və Hanno Pevkur da bu fikirləri dəstəkləyiblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.