Dünya

Ukrayna bu istiqamətdə 1500 əsgər itirdi - Vodolatski

26 May 2024 20:15
Baxış: 730
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukrayna ordusu Xarkov vilayətinin Berestovoye yaxınlığındakı döyüşlərdə 1,5 mindən çox əsgər və əcnəbi muzdluları itirib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının deputatı Viktor Vodolatski deyib.

"Berestovoye yaxınlığındakı "Qərb" qrupu 1,5 mindən çox millətçini, muzdluları və çoxlu sayda texnikanı məhv edib.

Ukrayna Silahlı Qüvvələrinin 77-ci briqadasına külli miqdarda ziyan dəyib",- o bildirib.

Qeyd edək ki, rus ordusu sözügedən kəndi ələ keçirib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.