Dünya

İran prezidentliyinə namizədlərin siyahısı nə vaxt açıqlanır?

25 May 2024 23:39
Baxış: 833
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İranda növbədənkənar prezident seçkilərində iştirak edəcək namizədlərin yekun siyahısı iyunun 11-də açıqlanacaq.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Tehran əyalətinin Seçki Qərargahının katibi Abbas Cohari məlumat verib.

"Namizədlərin qeydiyyatı mayın 30-da başlayacaq və 5 gün davam edəcək", - İran rəsmisi bildirib.

Növbədənkənar prezident seçkiləri 28 iyuna təyin edilib.

Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Təbrizin imam cüməsi Ayətullah Əli Al-Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhməti 19 mayda Şərqi Azərbaycan vilayətində baş verən helikopter qəzasında həlak olub.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.