Dünya

Nyu-Yorkda siçovullara həsr edilmiş milli sammit keçiriləcək

24 May 2024 19:17
Baxış: 449
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Nyu-York meri Erik Adams ilk Şəhər Siçovulları Milli Sammitini elan edib. Tədbir sentyabrın 18-19-da baş tutacaq.

Milli.Az oxu.az-a istinadən bildirir ki, şəhərdə siçovul problemi çox ciddidir. Səhiyyə rəsmiləri bu gəmiricilərin yaydığı bakterial xəstəliklərin sayının artdığını bildiriblər. 2023-cü ildə 24 yoluxma halı qeydə alınıb ki, bu da digər illərlə müqayisədə çoxdur.

Nyu-York 13 aydır ki, siçovullarla fəal mübarizə aparır. Ərazilərdə onların sayı demək olar ki, 14% azalıb.

"Elan edilmiş sammit bizə siçovulların vərdişlərini daha yaxşı öyrənməyə və şəhər küçələrinin təmizlənməsi üçün daha effektiv üsullar hazırlamağa imkan verəcək", - Adams bildirib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.