Dünya

Rusiya Yeni Kaledoniyada zorakılıqla bağlı Fransaya çağırış etdi

23 May 2024 17:34
Baxış: 502
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya Fransanı Yeni Kaledoniyada etirazçılara qarşı əsassız zorakılıqdan çəkinməyə çağırır.

Milli.Az report-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.

"Parisi Yeni Kaledoniyanın və nəzarəti altında olan digər dənizaşırı ərazilərin yerli əhalisinin hüquq və azadlıqlarına riayət olunmasını təmin etməyə çağırırıq. Onun digər ölkələrə təqdim etdiyi tələblər tamamilə əsassızdır", - o bildirib.

M.Zaxarova vurğulayıb ki, Yeni Kaledoniyada baş verən hadisələr keçmiş ziddiyyətlərin və köklü sakinlərin vəziyyətindən narazılıqların artmasının nəticəsidir: "Yerli əhali Fransanın bu dənizaşırı ərazisinin 40 %-ni təşkil edir. Bütün bunlar Fransanın indi dənizaşırı ərazilər adlandırılan keçmiş müstəmləkələri ilə bağlı siyasətinin dalana dirəndiyini və həqiqətən də Parisin müstəmləkə və imperiya təfəkkürünün davamı olduğunu təsdiqləyir".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.