Dünya

Uçan motosikl reaktiv PUA-ya çevrildi

18 May 2024 06:40
Baxış: 812
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Kaliforniyada yerləşən "Mayman Aerospeys" şirkəti süni intellektlə təchiz edilmiş yeni tipli şaquli uçuş və enişə sahib (HS VTOL) "Razor" reaktiv uçuş aparatını təqdim edib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, onun tətbiq dairəsi dərmanların çatdırılmasından tutmuş "Hellfire" raketləri ilə hava hücumlarını əhatə edir.

"Razor" ilk dəfə pilotlu uçan motosiklet kimi ictimaiyyətə təqdim edilmişdi.

Lakin "Mayman Aerospeys" onu döyüş PUA-sı olaraq təkmilləşdirdi.

Qurğu müxtəlif növ ağır yanacaqla işləyən, tənzimlənən dörd turbinli mühərriklə təchiz ediləcək.

Modifikasiyadan asılı olaraq, "Razor" 45-dən 450 kq-a qədər faydalı yükü 6000 m-ə qədər yüksəklikdə 800 km/saat sürətlə daşıya biləcək. Uçuş və eniş üçün 3 x 3 m sahə kifayətdir.

Bildirilib ki, şirkət müxtəlif missiyalar üçün bir neçə növ "Razor" istehsal etməyi planlaşdırır. Qeyd edilir ki, yük yerinə döyüş başlığı quraşdırılarsa, o qanadlı raketə çevrilir.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.