Dünya

Almaniya geri çağırdığı səfirini Moskvaya qaytardı

17 May 2024 10:56
Baxış: 698
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Almaniyanın Rusiyadakı səfiri Aleksander Lambsdorf Berlindəki məsləhətləşmələrdən sonra Moskvaya qayıdıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə adı çəkilən ölkənin Xarici İşlər Nazirliyindən məlumat verilib.

Xatırladaq ki, diplomat Almaniyanın xarici işlər naziri Annalena Berbokun göstərişi ilə mayın 6-dan geri çağırılıb. Buna səbəb Almaniya Sosial Demokrat Partiyasının rəsmi Moskvanı özlərinə aid informasiya resurslarına kiberhücumlarda ittiham etməsi olub.

Bundan sonra Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova həmin addımı rəsmi Berlin tərəfindən yol verilən qeyri-dost hərəkət adlandırıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.