Dünya

Aya Yerin 275 dilinin olduğu kapsul göndəriləcək

10 May 2024 02:02
Baxış: 606
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO) planetimizin digər mədəni irsi haqqında biliklərlə yanaşı, Ayda Yer kürəsinin 275 dili haqqında məlumatı qorumaq niyyətindədir.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə qurumun rəsmi saytında məlumat verilib.

Məlumat kapsulu Yaponiyanın özəl "Ispace" şirkətinin "Hakuto-R" avtomatik modulunun göyərtəsində yerləşdiriləcək.

UNESСO-dan verilən məlumata görə, bu arxiv qlobal fəlakət baş verərsə, bəşəriyyətlə bağlı bəzi məlumatların saxlanılmasına kömək edəcək.

"Ispace"in ilk Aya eniş aparatı "Hakuto-R" 2022-ci ilin dekabrında şirkətin pilot missiyasının bir hissəsi olaraq buraxılıb. 25 aprel 2023-cü ildə Aya eniş cəhdi zamanı cihaz bort kompüterindəki xəta səbəbindən qəzaya uğrayıb.

"Ispace"in Ay səthinə çıxmaq üçün növbəti cəhdi 2024-cü ilin qışına planlaşdırılıb. Yeni "Hakuto-R" modeli ilə birlikdə Yerin peykinə kiçik bir lunoxod göndəriləcək.

"Ispace" artıq 2026-cı ildə baş tutacaq üçüncü Ay missiyasını planlaşdırır. Bu zaman 500 kiloqrama qədər faydalı yük daşıya bilən daha böyük və müasir "Apex 1.0 "modulundan istifadə ediləcək.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.