Dünya

Szinpin Parisdə elan etdi: Fələstin dövlətinin yaradılması…

7 May 2024 01:45
Baxış: 819
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çin Sədri Si Szinpin mayın 6-da Yelisey sarayında Fransa Prezidenti Emmanuel Makron və Avropa Komissiyasının sədri Ursula fon der Leyen ilə Çin-Fransa-AB üçtərəfli görüşündə iştirak edib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, Szinpin Çinin AB ilə birlikdə İsrail-Fələstin münaqişəsi üzrə ikidövlətli həllin həyata keçirilməsi üçün konkret cədvəl və "yol xəritəsi" hazırlamaq məqsədi ilə daha geniş, daha nüfuzlu və effektiv beynəlxalq sülh konfransının çağırılmasını dəstəkləməyə hazır olduğunu bildirib.

O ümid etdiyini bildirib ki, AB qurumları Çin haqqında düzgün təsəvvür formalaşdıracaq və Çinə qarşı pozitiv siyasət yürüdəcək.

Szinpin vurğulayıb ki, Çin-Avropa münasibətləri güclü daxili hərəkətverici qüvvəyə və geniş inkişaf perspektivlərinə malikdir və onlar heç bir üçüncü tərəfə qarşı yönəlməyib və heç bir üçüncü tərəfə arxalanmamalı və ondan asılı olmamalıdır.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.