Dünya

KİV: Macarıstan Ermənistana 10 milyon avroluq yardımı Azərbaycana görə bloklayır

30 Aprel 2024 15:31
Baxış: 789
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Macarıstan Avropa İttifaqının (Aİ) Sülh Fondundan Ermənistana 10 milyon avroluq yardım layihəsini bloklayır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə erməni KİV diplomatik mənbələrə istindən məlumat yayıb.

Qeyd olunub ki, layihə bir neçə həftə əvvəl razılaşdırılıb. Macarıstan Azərbaycanın da proqrama daxil edilməsini tələb edir.

KİV-in yazdığına görə, aprelin ortalarında məlum olub ki, Brüsseldə Ermənistana Aİ Sülh Fondundan 10 milyon avro dəyərində yardım ayrılması barədə ilkin razılıq əldə olunub.

Diplomatik sənədlərə əsasən, bu vəsaitlə bir batalyonluq modul tipli səhra düşərgəsinin yaradılması nəzərdə tutulur. Buraya həmçinin bir tibb məntəqəsinin, eləcə də müvafiq xidmət və imkanların daxil edilməsi nəzərdə tutulur.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.