Dünya

Kim Çen Inın bacısı ABŞ-ı hədələdi: Nüvə müharibəsi ssenarisi...

24 Aprel 2024 12:30
Baxış: 711
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Koreya İşçi Partiyası Mərkəzi Komitəsinin departament rəhbərinin müavini və Şimali Koreya liderinin bacısı Kim Yo Conq ABŞ-a ultimatum göndərib. O, Pxenyana qarşı təhdidlərin davam edəcəyi təqdirdə ABŞ və müttəfiqlərinə onların təhlükəsizliyi üçün risklər barədə xəbərdarlıq edib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, Kim Yo Conq bu barədə Koreya Mərkəzi Xəbər Agentliyinə bildirib.

"Əgər Birləşmiş Ştatlar öz əlaltılarını toplamağa, gücü ilə öyünməyə və dövlətimizin təhlükəsizliyini təhdid etməyə davam edərsə, ABŞ və onun müttəfiqlərinin təhlükəsizliyi daha böyük təhlükə altında olacaq", - o, qeyd edib.

Kim Yo Çen çıxışında ABŞ və onun müttəfiqlərinin "KXDR-ə qarşı nüvə müharibəsi ssenarisi"ni həyata keçirmək məqsədi ilə keçirdiyi hərbi təlimlərə də toxunub. O, Cənubi Koreyanın şimal qonşusuna qarşı silah istifadə etməyə cəhd edəcəyi təqdirdə "dərhal məğlub olmaq" riskinin olduğunu vurğulayıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.