Dünya

Rəisi Pakistanda elan etdi: İsraili cəzalandırdıq!

23 Aprel 2024 23:15
Baxış: 919
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Əgər israillilər İran ərazisinə hücuma keçsələr, özlərini tamam başqa şəraitdə görəcəklər.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu sözləri İran Prezidenti İbrahim Rəisi Pakistanın Lahor Universitetində çıxışı zamanı deyib.

O, İranın Dəməşqdəki konsulluğuna hücuma görə İran ordusunun aprelin 13-də İsrailə cavab zərbələrinə toxunub:

"Böyük İran xalqı sionist rejimi İranın Dəməşqdəki konsulluğuna hücumuna görə cəzalandırdı. Əgər sionistlər İran ərazisinə hücum etməklə səhvə yol versələr, özlərini tamam başqa şəraitdə görəcəklər. Sionist rejimdən (onların yeni təcavüzündən sonra) nəyin qalacağı bəlli deyil".

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.