Dünya

İsrail İrana hücumda üç ballistik raketdən istifadə edib

20 Aprel 2024 08:26
Baxış: 829
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İsrail aprelin 19-da İrana hücumu zamanı üç ballistik raketdən istifadə edib.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə "NBC News" öz mənbələrinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, raketlər İranın aviabazasına yönəlib.

Xatırladaq ki, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian bir müddət əvvəl İsfahan səmasında kimin PUA-larının vurulduğunu araşdırdığını bildirib.

İsrail rəsmi olaraq hücuma görə məsuliyyəti öz üzərinə götürməyib. Eyni zamanda "The Washington Post" qəzetinə müsahibəsində yəhudi dövlətinin adı açıqlanmayan nümayəndəsi İsrailin İrandakı hədəflərə zərbə endirmək qabiliyyətini göstərmək üçün bu hücumu həyata keçirdiyini təsdiqləyib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.