Dünya

Çin ordusunda İnformasiya Dəstəyi Qüvvələri yaradılıb

20 Aprel 2024 08:01
Baxış: 463
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Pekində Çin Xalq Azadlıq Ordusunun tərkibində yeni qoşun növü - İnformasiya Dəstəyi Qüvvələrinin yaradılması ilə bağlı mərasimi keçirilib.

Bu barədə"Report" "Sinxua" agentliyinə istinadən xəbər verir.

General-leytenant Bi İ İnformasiya Dəstəyi Qüvvələrinin komandanı, general-polkovnik Li Vey isə siyasi komissar təyin edilib.

İnformasiya Dəstəyi Qüvvələrinə ordunun maraqlarına uyğun olaraq informasiya sistemlərinin yerləşdirilməsi və paylaşılması tapşırılıb.

Çin Xalq Respublikasının (ÇXR) sədri Si Cinpin qeyd edib ki, İnformasiya Dəstəyi Qüvvələri ordunun yüksək keyfiyyətli inkişafını təşviq etmək və müasir müharibələrdə qələbələrin təmin edilməsində mühüm rol oynayacaq.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.