Dünya

COP29 prezidenti Devid Terklə müzakirə apardı

20 Aprel 2024 06:57
Baxış: 455
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının prezidenti Muxtar Babayev ABŞ-ın energetika nazirinin müavini Devid Terk ilə gələcəyin enerji sistemini müzakirə edib.

Milli.Az xəbər verir ki, bu barədə COP29-un "X" səhifəsində paylaşım edilib.

Görüş Beynəlxalq Valyuta Fondu və Dünya Bankı qrupunun Vaşinqtonda keçirilən yaz iclasının İqlim Fəaliyyəti üzrə Maliyyə Nazirləri Koalisiyasının 11-ci iclası (IMFMeetings) çərçivəsində baş tutub.

"IMFMeetings COP29-dan əvvəl impuls yaratmaq və konsensus əldə etmək üçün bir fürsətdir. COP29 komandası ədalətli və nizamlı enerji keçidini təmin etməklə yanaşı, gələcəyin enerji sistemini necə quracağımızı ABŞ Energetika nazirinin müavini Devid Terk ilə müzakirə edərək bu səyləri davam etdirib", - məlumatda vurğulanıb.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.