Dünya

Gürcüstan Prezidenti aksiyaçılara dəstək verib

15 Aprel 2024 23:24
Baxış: 650
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gürcüstan Prezidenti aksiyaçılara dəstək verib.

Milli.Az report.az-a istinadən xəbər verir ki, Gürcüstan Prezidenti Salome Zurabişvili özünün "X"dəki hesabında yazıb.

"Tbilisidə vətəndaş cəmiyyətinin "Rusiya qanunlarına" qarşı kütləvi dinc nümayişi baş tutdu. Su şırnaqları və qaz tapançaları olan xüsusi təyinatlılar Avropanın gələcəyini müdafiə edən mülki şəxslərə qarşı hərəkətə keçməyə hazırdır. Həbslər aparılır. Gürcüstan sovetləşmə ilə heç cür barışmayacaq", - Prezident qeyd edib.

Qeyd edək ki, Tbilisidə etiraz aksiyası keçirilir. İştirakçılar daha əvvəl parlament binasını mühasirəyə almağa çalışıblar.

Hüquq-mühafizə orqanlarının əməkdaşları onlara yürüş etməyə imkan verməyib və kordonu yarmağa çalışıblar. Əraziyə dəstək olaraq əlavə polis qüvvələri cəlb edilib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.