Dünya

Hakan Fidan Blinkenin müavini ilə görüşdü

16 Aprel 2024 07:11
Baxış: 359
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xarici işlər naziri Hakan Fidan Türkiyədə səfərdə olan ABŞ Dövlət katibinin müavini Con Bass ilə görüşüb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyindən açıqlama verilib.

Məlumata əsasən, görüş zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ səfərinə hazırlıq prosesi, bölgədəki son hadisələr, o cümlədən İsrail-Fələstin və Rusiya-Ukrayna qarşıdurmaları, eləcə də Qara dəniz təhlükəsizliyi məsələləri müzakirə edilib.

Bununla yanaşı, enerji sahəsi və PKK/YPG, İŞİD, FETÖ terror təşkilatları ilə mübarizə ətrafında da fikir mübadilələri aparılıb.

Qeyd edək ki, ABŞ Dövlət katibinin müavinin ikigünlük səfəri Türkiyənin xarici işlər nazirinin müavini Burak Akçaparın dəvəti ilə baş tutub. Səfər çərçivəsində bir sıra görüşlərin keçirilməsi nəzərdə tutulur.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.