Dünya

Makrondan İranın İsrailə hücumuna REAKSİYA

15 Aprel 2024 13:27
Baxış: 811
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fransa Prezidenti Emmanuel Makron İranın İsrailə hücumundan sonra Yaxın Şərqdə "alovlanmanın baş verməməsi üçün hər şeyi etmək" istədiyini deyib.

Milli.Az APA-ya istinadən bildirir ki, Fransa Prezidenti Emmanuel Makron bu barədə BFMT TV və RMC-nin suallarını cavablandırarkən deyib.

"Biz qınadıq, müdaxilə etdik, alovlanma və eskalasiyanın qarşısını almaq üçün hər şeyi edəcəyik", - Fransa Prezidenti əmin edib.

Fransa dövlət başçısı İsraili İrana eskalasiya ilə cavab verməməli olduğuna inandırmaq niyyətində olduğunu deyib: "Biz İranı daha çox təcrid etməli, sanksiyaları artırmalı və regionda sülhə gedən yol tapmalıyıq".

Prezident Makron hesab edir ki, İran ötən şənbə günü İsrailə pilotsuz uçuş aparatları və raketlər göndərməklə Dəməşqdəki konsulluğuna hücuma qarşı İsrailə "qeyri-adekvat" cavab verib.

Makron bu hücumu "çox təhlükəli" və "görünməmiş" hal kimi xarakterizə edib.

Fransanın İranın hücumuna qarşı İsrailin müdafiəsindəki roluna gəlincə, Makron Parisin İordaniyanın tələbi ilə prosesə müdaxilə etdiyini deyib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.